BAKI, 23 yanvar — Sputnik. 1993-cü ildə Böyük Britaniyada 2 yaşlı Ceyms Bulgeri qaçırararaq, işgəncə verib öldürən 2 qatil uşağın hekayəsini anlatan "Saxlama" filmi ən yaxşı qısa film nominasiyası üzrə "Oskar"-a namizəd göstərilib.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, öldürülən uşağın anası Denis Ferqus verilən qərarla razılaşmayıb.
O, bu barədə öz "twitter" hesabında yazıb.
"Bu filmin çəkilməsinin və Oskara namizədliyinin verilməsinin məni nə qədər incitdiyini və iyrəndirdiyini sözlərlə ifadə edə bilmərəm"- deyə o qeyd edib. Filmdə orijinal rəsmi məlumatlar əsasında Bulgerin öldürülməsi və polisin iki uşaq qatilini sorğulaması yer alıb.
İrlandiyalı rejissor Vinsent Lambe Denis Fequsdan üzr istəmiş və film barədə ona əvvəlcədən məlumat verməli olduğunu dilə gətirmişdi.
Filmin "Oskar"a layiq görülməməsi üçün Fequs insanlara məktubla müraciət etmiş və tez bir zamanda 90 mindən çox insan bu məktuba imza atmışdı.
Xatırladaq ki, 10 yaşlı Robert Tompson və Jon Venable Ceymes Bulgeri Bootl şəhərində ticarət mərkəzlərindən birindən qaçırıblar.
Bulgerə işgəncə verərək öldürən uşaqlar 1993-cü ildə həbs edilib,2001-ci ildə azadlığa çıxıblar.