CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fərdi yaşayış evləri ilə bağlı rəsmi açıqlama

Ötən il Azərbaycanda tikilən evlərin sayı artıb
Sputnik

BAKI, 23 yanvar — Sputnik. 2018-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2084,7 min kvadrat metr və ya ötən illə müqayisədə 3,3 faiz çox yeni yaşayış evləri tikilərək istifadəyə verilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib.

Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

Məlumata görə, il ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 1313,8 milyon manat olub. Onun 252,3 milyon manatı dövlət, 1061,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 2018-ci ildə 13,7 min fərdi yaşayış evi tikiblər. Onların 23,3 faizi Bakı şəhərində, 19,5 faizi Naxçıvan Muxtar Respublikasında, 4,0 faizi Masallı, 3,9 faizi Sabirabad rayonlarında, 49,3 faizi isə ölkənin digər şəhər və rayonlarında inşa edilib.