RUSİYA

Ərdoğanla Putin vacib bəyanatlarla çıxış etdilər

Türkiyə dövlət başçısı isə amerikalı hərbçilərin Suriyadan çıxmasından sonra hakimiyyət vakuumuna yol verməməyə çağırıb
Sputnik

BAKI, 23 yanvar - Sputnik. Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar baş tutub.

Türkiyə prezidentinin Rusiyaya işgüzar səfəri çərçivəsində keçirilən görüşdən sonra dövlət başçıları mətbuat konfransı keçiriblər.

Konfrans zamanı Vladimir Putin danışıqları çox məhsuldar olaraq dəyərləndirib və Suriya mövzusunun görüşdə əsas yer tutduğunu bildiirb.

Putin ABŞ hərbçilərinin Suriyada qeyri-qanuni olduğunu bir daha xatırladıb: "Onları rəsmi Dəməşq dəvət etməyib, BMT-nin də bu barədə qərarı yoxdur". O, amerikalı hərbçilərin Suriyadan çıxmasının pozitiv addım olduğunu, bunun ölkədə vəziyyəti sabitləşdirməyə yardım edəcəyini vurğulayıb. 

Türkiyə dövlət başçısı isə amerikalı hərbçilərin Suriyadan çıxmasından sonra hakimiyyət vakuumuna yol verməməyə çağırıb. O, Suriyada konstitusiya komissiyasının yaradılmasını sürətləndirməyib vacibliyini qeyd edib.