HADİSƏ

Bakı bazarında yanğın baş verib

Hadisə yerinə yanğınsöndürən briqada cəlb olunub
Sputnik

BAKI, 23 yanvar — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə yanğın barədə məlumat daxil olub. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, daxil olmuş məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində yanğın baş verib.

FHN-in yanğından mühafizə bölmələri tərəfindən saat 07:15-də söndürülüb.