HADİSƏ

Azərbaycanlı qadın Türkiyədə rüsvayçı əmələ görə tutulub

Onlar sosil şəbəkələrdə müştəri axtararaq, qaldıqları evdə fahişəliklə məşğul olurmuşlar
Sputnik

BAKI, 23 yanvar — Sputnik. Türkiyənin Karaman rayonunda polis fahişəliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat zamanı 2 qadın və 1 kişi saxlanılıb.

Bakıda ticarət mərkəzində gecələyən qadın sığınacağa göndərildi

Məlumata görə, saxlanan qadınlar 21 yaşlı Şəvval Öykü və 47 yaşlı Azərbaycan vətəndaşı Elnarə A. (etik səbəbdən ad şərtidir) olub. Qadınların fahişəliklə məşğul olduğu barədə öncədən məlumatlı olan polis onları izləyib.

Qadınların yaşadığı Osman Qazi məhəlləsində yerləşən evə dünən axşam saatlarında polis basqını edilib. Basqın zamanı evə sözügedən qadınlar və adı açıqlanmayan bir kişi olub.

Saxlanılan qadınlar Karaman dövlət xəstəxanasında müayinə edildikdən sonra polisə aparılıblar. Onlar sosil şəbəkələrdə müştəri axtararaq, qaldıqları evdə fahişəliklə məşğul olurmuşlar.