CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vidadi Qafarov: “Teatr tədrisi uşaqların inkişafına müsbət təsir edə bilər”

AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya" şöbəsinin müdiri Vidadi Qafarov deyir ki, çətin tərbiyə olunan uşaqların tərbiyə oluması üçün metodik vəsaitlərin hazırlanması vacib məsələdir
Sputnik

“Azərbaycan pedoqogikası və teatrşünaslığında çətin tərbiyə olunan uşaqlar və uşaqların teatr tərbiyəsi ilə bağlı metodiki vəsaitlər az saydadır”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində gənc nəslin tərbiyə problemləri mövzusunda keçirilən tədbirdə AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya" şöbəsinin müdiri Vidadi Qafarov deyib.

“Çətin tərbiyə olunan uşaqların tərbiyə olunması üçün metodik vəsaitlərin hazırlanması vacib məsələdir. O cümlədən məktəblərdə teatr sənəti fənninin tədrisi də bu işə töhfə verə bilər. Teatr sənətinin tədris olunması uşaqların nitq qabiliyyətinin yüksəlməsinə, ədəbiyyata və teatra marağının artırılmasında müsbət təsir göstərə bilər”, - V.Qafarov bildirib.

Vidadi Qafarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz