HADİSƏ

Kəpənəkçidə yanğın olub

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub
Sputnik

BAKI, 22 yanvar — Sputnik. Zaqatala rayonunun Kəpənəkçi kəndində ümumi sahəsi 64 m² olan tövlənin çardağının yanar konstruksiyaları və içərisinə yığılmış 3,5 ton ot bağlamasının 1,5 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.