Türkiyədə daha 103 nəfər FETÖ ittihamı ilə saxlanılıb

Əməliyyatların davam etdiyi bildirilir
Sputnik

BAKI, 22 yanvar — Sputnik. FETÖ-nün (Fətullahçı Terror Təşkilatı) Türkiyə Silahlı Qüvvələrində olan kripto qruplaşmasına qarşı, mərkəzi İzmir olmaqla, 21 bölgədə əməliyyat keçirilib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, əməliyyatlar nəticəsində 33-ü vəzifəli olmaqla, 51 şübhəli əsgərdən 27-si tutulub, digərlərinin axtarışları davam edir.

Bundan əlavə, Ankara Baş Prokurorluğu Səhiyyə Nazirliyinin və Kənd Təsərrüfatı və Meşə Nazirliyinin 34 sabiq əməkdaşı haqqında həbs qərarı verib. Hazırda bu şəxslərdən 27-nin tutulduğu qeyd olunur.

Ankarada isə, FETÖ-nün dövlət çevrilişinə cəhd zamanı Akıncı hərbi bazasında olduğu bildirilən "mülki imam" Kemal Batmaza bağlı olan 18 mülkü imam haqqında həbs qərarı çıxarılıb.