BAKI, 22 yanvar — Sputnik. Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edib. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
E.Hüseynova 1994-2004-cü illərdə Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri, 2004-2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olub. Vəfat edənə qədər fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini daşıyıb.
Allah rəhmət eləsin.