SƏHİYYƏ

Göz təzyiqi korluğa səbəb olur

Yüksək göz təzyiqinin səbəb olduğu görmə qüsuru illərlə ortaya çıxmaya bilər
Sputnik

BAKI, 22 yanvar — Sputnik. Gözdə yüksək təzyiqin olması ilə əlaqədar olaraq zamanla görmə qüsurlarının yaranması korluğa səbəb ola bilər. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, türkiyəli həkim Fatih Atmaca bu haqda məlumat verib. O bildirib ki, yüksək göz təzyiqinin səbəb olduğu görmə qüsuru illərlə ortaya çıxmaya bilər: "Şəkər, həmçinin bir sıra xəstəliklərlə əlaqədar olaraq gözün yüksək təzyiqi görmə bulanlığı və korluğa səbəb olur. Lakin təəssüflər olsun ki, gözün yüksək təzyiqi öz fəsadlarını daha gec göstərməyə başlayır. Bu səbəbdən zamanında həkimə müraciət etməyi tövsiyə edirəm".

"Adətən belə xəstələr əksər hallarda eynəklərin nömrələrinə görə, yəni görmə dərəcələrini daha dəqiq müəyyənləşdirmək üçün həkimə üz tuturlar. Bu zaman isə artıq onlarda xəstəliyin müəyyən fəsadları aşkarlanmış olur" - deyə həkim əlavə edib.