Ermənistanda 5 nəfərdən ibarət ailə "donuz qripi"nə yoluxub

Son günlər Ermənistanda A/H1N1 virusu yayılıb. Ölkədə bu xəstəlikdən 3 nəfər ölüb
Sputnik

BAKI, 22 yanvar — Sputnik. Ermənistanda bir ailənin bütün üzvləri - ata, ana və 3 övladı "donuz qrpinə" yoluxub. Bu barədə Sputnik AzərbaycanTert.am-a istinadən xəbər verir.

Qonşu ölkədə "donuz qripi"ndən növbəti ölüm baş verdi

Valideynlər "Nairi" Tibbi Mərkəzinə, uşaqlar isə "Arabkir" Tibb Mərkəzinə yerləşdiriblər.

"Nairi" Tibbi Mərkəzinin direktoru Anatoli Qnuni isə bildirib ki, hazırda "Nairi"də "H1N1" virusuna yoluxan cəmi bir xəstə var ki, onun da vəziyyəıti qənaətbəxşdir.

"Arabkir" adlı Tibbi Mərkəzindən isə nəşrə heç bir məlumat verilməyib

Qeyd edək ki, son günlər Ermənistanda A/H1N1 virusu yayılıb. Ölkədə bu xəstəlikdən 3 nəfər ölüb. Lakin Ermənistanın Səhiyyə Nazirliyi xəstəliyin miqyasının azaldığını bildirir.