BAKI, 21 yanvar - Sputnik. Qara dənizin şimalındakı Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə baş vermiş yanğın nəticəsində ölənlərin sayı, son məlumatlara görə, 11 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyi yayıb.
Daha 12 nəfərin xilas edildiyi bildirilir.
Rusiya qurumlarından verilən məlumata görə, gəmilərin birində partlayış baş verib, nəticədə başlayan yanğın o biri gəmiyə də yayılıb.
Gəmilərdən birindəki 17 nəfərdən 9-u Türkiyə, 8-i Hindistan vərəndaşı, ikinci gəmidəki 14 nəfər arasında hər iki ölkənin 7 vətəndaşı olduğu bildirilir.