BAKI, 21 yanvar — Sputnik. Rusiyanın rabitə müfəttişliyini icra edən şirkətlərdən biri "Roskomnadzor" şəxsi məlumatların mühafizəsi ilə bağlı hüquqi normalara əməl etmədiyi üçün "Facebook" və "Twitter"ə qarşı istintaqa başlayıb.
Bu barədə Sputnik Azərbaycan ingilis mediasına istinadən xəbər verir. Məlumatda qeyd olunub ki, adıçəkilən sosial şəbəkələr bir neçə məsələ ilə bağlı konkret izahat verməyiblər. "Roskomnadzor"un məlumatına görə, "Facebook" və "Twitter" şəxsi informasiyaları necə saxlamaqla bağlı, həmçinin rusiyalı abunəçilərin hesabları ilə əlaqədar konkret bir izahat verməyiblər.