HADİSƏ

Həftəsonu 208 cinayət hadisəsi baş verib

Borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Həftəsonu respublikanın daxili işlər orqanları tərəfindən 208 cinayət faktı qeydə alınıb, onların da 51-i "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.