Sumqayıt istiqamətində hərəkət edənlərə xəbərdarlıq

Bu gün səhər saatlarından etibarən sözügedən yolla hərəkət məhdudlaşdırılıb
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) təmir işləri ilə əlaqədar olaraq xəbərdarlıq yayıb. Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, Sumqayıt-H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətləri yenilənir.

Təmiri işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılıb. Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyyə olunur.