Sputnik-in əməkdaşı toqquşmada yaralandı

Kostis hazırda xəstəxanadadır və rentgendən keçib. Vəziyyəti stabildir. Amma hələ də bir neçə tibbi yoxlamadan keçməlidir
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Yunanıstanın paytaxtı Afinada baş verən toqquşma zamanı Sputnik Yunanıstan-ın əməkdaşı Kostis Dadamis xəsarət alıb.

Sputnik Yunanıstan xəbər verir ki, nümayişçilər onun əlindəki kameranı alıblar, onun özünü isə döyüblər.

“Agentliyin əməkdaşı Kostis Dadamis bu gün ölkənin mərkəzində keçirilən çoxminlik mitinqi işıqlandırırdı. Naməlum şəxslər Dadamisdən kameranı onlara verməyi tələb ediblər. Jurnalist imtina edib. Həmin şəxslər Dadamisi və onu müdafiə etməyə çalışan digər fotoqrafları təqib etməyə başlayıblar” – deyə agentlik bildirir.

​Nəticədə, Dadamis və digər fotoqraflar mühasirəyə alınıblar, Sputnik-in əməkdaşı döyülüb və kamerası əlindən alınıb.

Kostis hazırda xəstəxanadadır və rentgendən keçib. Vəziyyəti stabildir. Amma hələ də bir neçə tibbi yoxlamadan keçməlidir.

Digər fotoqraflar xəsarət almayıblar.

Afinada 60 min adam Skopye razılaşmasının əleyhinə mitinq keçirir. Bu razılaşmaya görə, Makedoniyanın adı dəyişdirilir və Yunanıstan da bu ölkəni tanıyır.

Mitinq zamanı bir qrup adam asayişi pozub. Yunanıstan hökuməti asayişi pozanların radikal elementlər və “Qızıl üfüq” ultrasağçı partiyanın üzvləri olduğunu bildirir.