Azərbaycanda dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb.
Təhsil eksperti Asif Cahangirov Sputnik Azərbaycan-a deyir ki, əldə edilən vəsaitin müəllimlərin maaşına əlavə olunması müsbət haldır:
“Lakin bu prosesin differensiallaşmış qaydada həyata keçirilməsi məqsəd müvafiq olardı. Həmin gəlirlərin yüksək professor-müəllim heyətinə, elmi tədqiqatlar aparan, impakt faktorlu jurnallarda məqalələri dərc olunan şəxslərə verilməsi daha düzgün olardı. Əgər bu 40 faizlik vəsait hamı arasında bərabər şəkildə bölüşdürüləcəksə, əhəmiyyəti olmayacaq. Maaşlara əlavələr institusional dəyişiklərlə müşahidə olunmalıdır. Bu mexaniki proses deyil. Yəni, maaş artırılması nəticədə özünü göstərməlidir”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz