CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aşağı keyfiyyət və yüksək qiymətli telefon satılır - FOTO

Brend, dəbdəbə sevənlər üçün ən bahalı NOKİA satışa çıxarılır
Sputnik

BAKI, 20 yanvar — Sputnik. "Caviar" şirkəti brend və bahalı məhsul sevənləri bu dəfə də "NOKİA 6500" modeli ilə sevindirəcək.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Caviar" şirkəti xüsusi metallar və almazlarla hazırladığı "NOKİA 6500" modelini artıq təqdim edib. Diqqət çəkən məqam isə "NOKİA 6500"un qiymətinin "NOKİA"nın digər modelləri ilə müqayisədə kifayət qədər yüksək olmasıdır.

Aşağı keyfiyyət və yüksək qiymətli telefon satılır - FOTO

Yaxın günlərdə satışa çıxarılacaq yeni modelin qiymətinin 2 min 600 dollar olduğu açıqlanıb. Köhnə model olan "NOKİA 6500"ın qiyməti yüksək olsa da, göstəriciləri kifayət qədər aşağıdır. Kameranın keyfiyyət göstəricisi 2 meqa pikseldir.

Xatırladaq ki, məşhur şirkət bundan öncə "İphone Xs" modelini yeni formada satışa təqdim etmişdi.