BAKI, 20 yanvar — Sputnik. Dünyada yaşayan ən yaşlı kişi olan yapon Masazo Nonaka vəfat edib.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, 113 yaşlı Nonaka Hokkaydo adasının Aşoro qəsəbəsindəki evində ölüb.
25 iyul 1905-ci ildə doğulan Nonaka dünyada ən yaşlı insanlar siyahısında 30-cu yerdə idi. İlk 29 pillədəkilərin hamısı qadınlardır.
Qeyd edək ki, onun ölümündən sonra dünyada ən yaşlı kişi statusu 1905-ci il oktyabrın 15-də doğulmuş alman Qustav Qernetə keçəcək.