HADİSƏ

Türkiyədə batan gəminin azərbaycanlı kapitanının cəsədi aşkar edilib

Qəza nəticəsində altı nəfər, o cümlədən, Azərbaycan vətəndaşları İbrahimov Məmmədəli Surxay oğlu və İsmayılov Türbət Kamil oğlu həyatını itirib
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında qəzaya uğrayan Panama bayrağı altında üzən “Volgo Balt 214” gəmisinin Azərbaycanlı kapıtanı İsmayılov Turbat Kamil oğlunun cəsədi tapılıb.

Sakit okeanda içində 4 min avtomobil olan gəmi yanır

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Vanuatu bayrağı altında üzən “NURS” quru yük gəmisi Rusiya Federasiyasının Tuapse limanından 48 mil qərbə “Volqo Balt 214” gəmisinə aid içərisində 1 cəsəd olmaqla xilasedici qayıq aşkar edib.

Hava şəraiti əlverişli olmadığından cəsədi qayıqdan götürmək və qayığı sudan qaldırmaq mümkün olmayıb. Qayığı “NURS” quru yük gəmisi yedəyə götürərək Rusiyanın Novorosiysk limanına istiqamət alıb. Limana çatan quru yük gəmisindən götürülən cəsədin şəxsiyyətinin müəyyən edilməsi prosesi həyata keçirilib.

Xatırladaq ki, “Volgabalt 214” gəmisi yanvarın 7-də Qara dənizdə batıb.

Gəmidə 13 nəfər heyət üzvü olub. Onlardan on biri Ukrayna, ikisi Azərbaycan vətəndaşı olub.

Qəza nəticəsində altı nəfər, o cümlədən, Azərbaycan vətəndaşları İbrahimov Məmmədəli Surxay oğlu və İsmayılov Türbət Kamil oğlu həyatını itirib.