HADİSƏ

Ağdamda qadın əməliyyat zamanı ölüb

Evoğlu kənd sakini Südabə Məmmədova Ağdam Rayon Mərkəzi Xəstəxanasına əməliyyat olunub
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Ağdam rayonunda əməliyyat zamanı ölüm hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, Tərtər rayonu, Evoğlu kənd sakini Südabə Məmmədova Ağdam Rayon Mərkəzi Xəstəxanasına əməliyyat olunub.

Lakin qadın əməliyyatdan sonra xəstəxanada dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.