Professor: “20 Yanvar Azərbaycan xalqının azadlıq istəyidir”

Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli deyir ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq istəyi, ərazisinə, istiqlaliyyətinə olan müdaxiləyə qarşı müqavimətidir
Sputnik

Siyasi sistemin nə olmasından asılı olmayaraq, 20 Yanvarın Azərbaycanın düşüncəsində bir obrazı var”. Bunu Sputnik Azərbaycana əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli deyib.

“Bu hadisə Azərbaycan xalqının azadlıq istəyi, ərazisinə, istiqlaliyyətinə olan müdaxiləyə qarşı müqavimətidir. Həmin dövrün qəhrəmanları yalnız xalq kütləsi deyildi. Eyni zamanda bu sıraya mədəniyyət xadimləri,ziyalılar, ədəbiyyat nümayəndələri aid idi. Azərbaycan Televiziyası 20 Yanvar hadisələri vaxtı informasiya verə bilməsə də, hadisədən öncə xalqın yanında olduğunu göstərmişdi. Azadlıq meydanında geniş xalq kütləsi tərəfindən keçirilən mitinqlərin birbaşa xalqa çatdırılması xüsusi önəm daşıyırdı”.

Qulu Məhərrəmlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz