Türkiyədə səsvermə hüququ alan ərəblərin sayı açıqlandı

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu 31 mart bələdiyyə seçkiləri ilə bağlı açıqlama verib
Sputnik

BAKI, 19 yanvar — Sputnik. Türkiyənin daxili işlər naziri Süleyman Soylu 31 martda keçiriləcək seçkilərdə səsvermə hüququ olan suriyalıların sayını açıqlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Soylu ölkədə vətəndaşlıq hüququ alan 53 min 99 suriyalının səsvermə hüququna sahib olacağını bildirib.

Nazirin sözlərinə görə, 31 martda keçiriləcək seçkilərlə əlaqədar olaraq 547 min şəxs iş başında olacaq.

Süleyman Soylu səsvermə üçün müraciət edənlərin bir qisminin adres və digər bilgilərində müəyyən çatışmazlıqların olduğunu da vurğulayıb.