CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Şuranın mitinqi barədə açıqlama verildi

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda 2800 nəfərə iştirak edib
Sputnik

BAKI, 19 yanvar — Sputnik. Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.