CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Günəş ətrafında nəhəng dairə müşahidə olunub – FOTO

Yanvar ayının 18-də, təxminən, saat 22.00-da Şirvan şəhərində də bu təbiət hadisəsi müşahidə olunub
Sputnik

BAKI, 19 yanvar — Sputnik. Bakı səmasında Günəşin ətrafında nəhəng dairə müşahidə olunub.

Sputnik Azərbaycan-ın “Report”a istinadən xəbərinə görə, bu hal bir neçə dəqiqə davam edib.

Dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir.

Bakıda Günəş ətrafında nəhəng dairə müşahidə olunub – FOTO

Qeyd edək ki, Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, Traposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.

Xatırladaq ki, yanvar ayının 18-də, təxminən, saat 22.00-da Şirvan şəhərində bu təbiət hadisəsi müşahidə olunub.