BAKI, 18 yanvar — Sputnik. Rusiyanın Uzaq Şərq vilayətində iki "Su-34" qırıcı təyyarəsi qəzaya uğrayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, həmin iki təyyarə havada bir-biri ilə toqquşub.
Hadisə Bakı vaxtı ilə bu gün 09:07 radələrində Yapon dənizi hövzəsində, sahildən 35 kilometr aralıda planlı təlim tədris uçuşu zamanı baş verib.
Toqquşan "Su-34" qırıcılarından biri dənizə düşüb. Onun ekipajı katapulta edib. Hələlik ikinci təyyarənin taleyi bilinmir. Ehtimal olunur ki, o, bazaya qayıda biləcək.
Hələlik hər iki ekipajın statusu açıqlanmır. Saxalin dəniz xilasetmə dəstəsi Tatar boğazı üzərində toqquşan təyyarənin axtarışlarına başlayıb.
Daha əvvəl yayılan məlumatda Rusiyanın Uzaq Şərq regionunda "Su-34" qırıcısının radarlardan itdiyi bildirilirdi.