Okeanın o tayında matəm elan olundu

Hazırda polis faktla bağlı araşdırmalar davam edir
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Kolumbiyanın paytaxtı Boqotoda polis məktəbində partlayış baş verib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 68 nəfər yaralanıb.

Kolumbiya prezidenti İvan Duke hdisə ilə bağlı ölkədə üç günlük matəm elan edib. Hazırda polis faktla bağlı araşdırmalar davam edir.