Hava şəraiti ilə əlaqədar xəsarət alanlar olub

Qaradağda "Tır"ın aşması nəticəsində bir türk vətəndaşı xəsarət alıb
Sputnik

AKI, 18 yanvar — Sputnik. Ötən gün hava şəraiti ilə əlaqədar xəsarət alanlar olub. Bu barədə Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.  

Güclü külək ilk fəsadını verdi

Məlumatda bildirilib ki, Qaradağda "Tır"ın aşması nəticəsində bir türk vətəndaşı xəsarət alıb. Həmin şəxs 1 nömrəli Respublika Kliniki Tibbi Mərkəzinə gətirilib. Həmin şəxsə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Bundan başqa, Binə ticarət mərkəzində bir kişinin üstünə reklam lövhəsi aşıb. 

Məlumata görə, ötən gün üzərinə reklam lövhəsi aşan şəxsin vəziyyəti orta ağır olsa da, həyatı üçün təhlükə yoxdur.

Həmçinin o da qeyd olunub ki, Lökbatan qəsəbəsində yerləşən qarajda kişinin üstünə darvaza aşıb: "Nəticədə o, döş qəfəsinin əziyi diaqnozu ilə Neftçilər xəstəxanasına yerləşdirilib. Digər bir hadisə isə Suraxanı qəsəbəsində baş verib. Güclü külək bir nəfəri yıxıb. Həmin şəxs təpə nahiyəsinin cırılmış yarası diaqnozu ilə Sabunçu xəstəxanasına aparılıb. Həziyyəti normaldır". 

Nazirliyin məlumatına görə, Lökbatanda daha bir hadisə qeydə alınıb. Belə ki, külək evin damını uçurub. Xəsarət alan olmasa da, sakinlərdən biri həyəcan keçirib. Təzyiqi yüksələn qadına ilkin tibbi yardım göstərilib.