HADİSƏ

Ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi vaxt açıqlandı

Yanvarın 18-dən sonra ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir
Sputnik

BAKI, 18 yanvar - Sputnik. Yanvarın 18-dən 19-na keçən gecə hava bir qədər ayaz olacaq. Bu səbəbdən dağlıq ərazilərdə yağıntılar kəsilsə də, havanın hərarəti daha da enəcək. Yanvarın 18-dən sonra növbəti iki-üç gün ərzində ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi və mülayimləşəcəyi gözlənilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib. O bildirib ki, yanvarın 19-21-də havanın hərarəti tədricən iqlim normasına yaxınlaşacaq və mülayim küləklər əsəcək.