CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəhəng dalğalar – Xəzərdə fırtına kadrları

İki gündür Bakı və Abşeronda hava şəraitinin pisləşməsi öz pik həddinə çatıb.
Sputnik

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın dediyinə görə, Xəzər dənizində dalğaların yüksəkliyi 8.9 metrə çatıb.

Güclü külək ilk fəsadını verdi

Müxtəlif zamanlarda, Bakıda, Sumqayıtda, Bakının Maştağa və Biləcəri rayonlarında küləyin sürəti saniyədə 40 metrə yüksəlib.

ETSN-in məlumatına görə, sentyabrın 16-dan 17-ə keçən gecə ölkə üzrə temperatur şəraiti kəskin dəyişib. Təhlükəli hidrometeoroloji durum bu günün ortalarına qədər davam edəcək. Bununla bağlı Nazirliyin bütün strukturları gücləndirilmiş iş rejiminə keçib.

Xəzər dənizində nəhəng dalğa kadrlarını Sputnik Azərbaycan-ın videosunda izləyin.