RUSİYA

Lavrov Kerç boğazında baş verənlərin əsl səbəbini açıqladı

"Kerç boğazında Kiyevin təxribatı Ukraynada yaxınlaşan prezident seçkiləri ilə bağlı idi"
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Kerç boğazında Kiyevin təxribatı Ukraynada yaxınlaşan prezident seçkiləri ilə bağlı idi. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Rusiya xarici işlər naziri qeyd edib ki, təbliğatın həyata keçirilməsində məqsəd martın 31-i Ukraynada seçki ərəfəsində gərginliyi saxlamaq və namizədi dəstəkləmək üçün edilib.

Xatırladaq ki, ötən ilin noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.