Hərbçilərimiz Suriya və İraqdan çıxmayacaq – Fransa prezidenti

Hadisə nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Fransa Prezidenti Emmanuel Makron 2019-cu ildə ölkəsinin Suriya və İraqda hərbi mövcudluğunu davam etdirəcəyini bildirib. Bu barədə Sputnik Azərbaycan"Anadolu" agentliyinə istinadən xəbər verir. 

Ərdoğan və Trampın kritik Suriya müzakirəsi

Makron Tuluza şəhərində hərbi bazaya səfər edib, orada Suriya ilə bağlı açıqlamalar verib. 

Makron, eyni zamanda sosial şəbəkədə yerləşdirdiyi məlumatda Suriyanın Menbiç şəhərində Birləşmiş Ştatlar hərbçilərinə qarşı həyata keçirilən terror hücumunu da qınayıb.

Qeyd edək ki, yanvarın 16-ı Suriyanın Menbiç şəhərində restoranlardan birində güclü partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.

Partlayış nəticəsində 5 ABŞ hərbçisi ölüb. İnsident zamanı restoranda 15 ABŞ hərbçisinin olduğu bildirilir.

Qeyd edək ki, Menbiç ABŞ-ın aktiv dəstək verdiyi PKK terror təşkilatının nəzarətindədir. Restorandakı partlayışı İŞİD terror qruplaşmasnın üzvünün törətdiyi biıdirilir.