Çin qırıcı istehsalında dünyada bir ilkə imza atacaq

Dünyada ilk dəfə Çinin "J-20" qırıcısında pilotlar üçün 2 nəfərlik yer olacaq
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Çin dünyada ilk dəfə iki nəfərlik pilot yeri olan beşinci nəsil qırıcı təyyarəsi istehsal edəcəyini açıqlayıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, dünyada ilk dəfə Çinin "J-20" qırıcısında pilotlar üçün 2 nəfərlik yer olacaq. Günümüzdə istifadə edilən bütün qırıcılarda bir nəfərlik yer olur.

Layihə rəhbəri Yang Vei digər ölkələrin qırıcılarında olmayan bu xüsusiyyəti ilə Çin ordusunun qabiliyyətini böyük ölçüdə artıracağını söyləyib.