CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mobil telefonlardakı hava proqnozuna inanmaq olarmı - Baş hidroloq danışır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyir ki, bununla yanaşı, həmin proqnozlara da baxılır və təhlillər aparılır
Sputnik

“Müxtəif elektron qurğularda, telefonlardakı hava proqnozları hidrometroloqlar tərəfindən hazırlanmır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev  deyib.

“Bu proqram istehsalçılar tərəfindən hazırlanmış rəqəmsal proqramlardır. Onlardan ötürülən məlumatlar bizim tərəfimizdən verilmir. Ancaq, həmin proqnozlara da baxılır və təhlillər aparılır. Bir çox hallarda bizim proqnozlarla elektron qurğulardakı məlumatlar üst-üstə düşmür. Bizim proqnozlar ETSN-nin saytında daimi olaraq yenilənərək yerləşdirilir” - deyə o bildirib.

Asif Verdiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz