CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallıda narkotacir saxlanıldı

Faktla bağlı Masallı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılaraq istintaq davam etdirilir
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 18 yanvar - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın Cənub bürosuna verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Ağabalayevin yaşadığ evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd selofan bükülüdə və 12 kiçik bükümdə ümumilikdə təmiz çəkisi 2 kq 611,209 qram narkotik vasitə olan tiryək, 3 bükümdə ümumi təmiz çəkisi 7,560 qram narkotik vasitə olan heroin, 8 həbdən və bir yarı həb narkotik maddə olan metadon, 2 ədəd tramadol pereparatı, 2 bükümdə ümumi təmiz çəkisi 2,138 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılaraq istintaq davam etdirilir.