BAKI, 17 yanvar — Sputnik. Türkiyə məhkəməsi həyat yoldaşına qarşı zorakılıq tətbiq edən kişiyə maraqlı bir cəza verib.
Sputnik Türkiyə xəbər verir ki, məhkəmənin qərarına görə, kişi üzərində "Boz ayılar bir sığırı tək zərbə ilə öldürmək gücünə malikdir. Amma bu güclərini dişilərinə qarşı istifadə etməzlər" yazılmış və ayı şəkli olan kiçik elanlar paylayacaq.
Bununla yanaşı, kişiyə 15 ədəd şam ağacı əkmək, 6 ay bu ağaclara baxmaq və 1 il müddətində hər həftə həyat yoldaşını axşam yeməyinə aparmaq cəzası verilib.
Kişi nəzarətli azadlıq çərçivəsində verilən cəzalarla bağlı 6 ay ərzində məhkəməyə hesabat təqdim ediləcək.