MƏDƏNİYYƏT

Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq

Komitə sədri: "Qanun layihəsinin artıq plenar iclasa çıxarılmasının vaxtıdır"
Sputnik

BAKI, 17 yanvar — Sputnik. "Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi tam hazırdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, qanun layihəsi bütün müzakirələrdən keçib, mütəxəssis rəyləri alınıb: "Qanun layihəsi bitkin bir haldadır və artıq plenar iclasa çıxarılmasının vaxtıdır".

Komitə sədri "Aşıq sənətinin qorunması və inkişafı haqqında" da ayrıca bir qanun layihəsinin hazırlandığını söyləyib: "Bu da mühümdür. Çünki son illərdə muğam sənəti Azərbaycan dövlətinin qayğıları ilə çox böyük inkişafa nail olub. Digər tərəfdən son illərdə aşıq sənəti də qorunur, inkişaf etdirilir, təbliğ olunur. Bununla bağlı da ayrıca qanunun olmasına ehtiyac var. Bunu da yaz sessiyasında müzakirəyə çıxarmağı düşünürük".