BAKI, 17 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir. Sputnik Azərbaycan bu barədə Ekologiya Təbii Sərvətlər Nazirliyində (ETSN) yaradılan Qərərgaha istinadla xəbər verir.
Saat 12:00-a olan məlumata əsasən, dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.