BAKI, 17 yanvar — Sputnik. Paytaxtın Haqverdiyev və Hüseyn Cavid prospektlərinin kəsişdiyi ərazidə dayanacaq uçub. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, güclü külək dayanacağı uçurub. Xoşbəxtlikdən xəsarət alan yoxdur. Bakı Nəqliyyat Agentliyinin texniki heyəti hadisə yerinə cəlb olunub və məsələnin həllinə başlanıb.
Hava şəraiti düzələndən sonra yenidən dayanacaq quraşdırılacaq.