DİM-dən dövlət qulluqçusu olmaq istəyənlərə məyusedici xəbər

Ləğv edilmiş dövlət qurumları üzrə qeydiyyatdan keçmiş şəxslər müvafiq elan çərçivəsində digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər
Sputnik

BAKI, 17 yanvar — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan bəzi qurumların ləğvi ilə əlaqədar müvafiq vakant vəzifələrlə bağlı elan edilən müsabiqə üzrə müsahibə və ümumi müsahibələrə qeydiyyat dayandırılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 

Dövlət qulluqçusu olmaq istəyənlərin gözlədiyi xəbər

Məlumata görə, həmin vəzifələr üzrə müraciət etmiş namizədlərin qeydiyyatı isə ləğv edilib. 

Qeyd edilib ki, "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2018-ci il tarixli Fərmanına əsasən, Nazirliyin strukturuna daxil olan bir çox qurumlar ləğv edilib.

Bununla əlaqədar olaraq, dövlət qulluğu vəzifələrinin tutulması üçün 04 yanvar 2019-cu il tarixində təqdim edilmiş müsabiqə üzrə müsahibə elanı çərçivəsində Dövlət Ekspertiza İdarəsi, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi, Meşələrin İnkişafı Departamenti, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti və Ətraf Mühitin Mühafizəsi Departamenti üzrə vakant vəzifələrə qeydiyyat dayandırılıb və həmin vəzifələr üzrə müraciət etmiş namizədlərin qeydiyyatı ləğv edilib.

Ləğv edilmiş dövlət qurumları üzrə qeydiyyatdan keçmiş şəxslər müvafiq elan çərçivəsində digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. 

DİM imtahanın nəticələrini açıqladı

"Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2018-ci il tarixli Fərmanına əsasən, Nazirliyin strukturuna daxil olan bir çox qurumlar ləğv edilib. 

Bununla əlaqədar olaraq, dövlət qulluğu vəzifələrinin tutulması üçün 04 yanvar 2019-cu il tarixində təqdim edilmiş ümumi müsahibə elanı çərçivəsində Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi və Ətraf Mühitin Mühafizəsi Departamenti üzrə vakant vəzifələrə qeydiyyat dayandırılıb və həmin vəzifələr üzrə müraciət etmiş namizədlərin qeydiyyatı ləğv edilib.

Ləğv edilmiş dövlət qurumları üzrə qeydiyyatdan keçmiş şəxslər müvafiq elan çərçivəsində digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər".