HADİSƏ

Ötən gecə 4 ərazidə yanğın olub

Hadisə yerlərinə FHN-in yanğınsöndürən briqadaları cəlb olunub
Sputnik

BAKI, 17 yanvar — Sputnik. Bu gün səhər saatlarınadək bir neçə yanğın hadisəsi baş verib. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 25 m² olan qarajın içərisində "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi və qaraj yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Özünü yandıran şəxslə bağlı rəsmi açıqlama verildi

Bununla yanaşı, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 62 m² olan 3 otaqlı mənzilin mətbəxində 8 m² sahədə mebel və 3 ədəd məişət avadanlığı yanıb. Yanğın zamanı mənzildən 4 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tovuz rayonunun Əlibəyli kəndində isə ümumi sahəsi 70 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılmış 10 ton ot bağlamasının 4 tonu yanıb. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gədəbəy rayonunun Novosaratovka kəndində isə ümumi sahəsi 20 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.