Türkiyədə avtobus qəzaya uğrayıb: Ölən və yaralılar var

Hadisə yerinə polis, jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub
Sputnik

BAKI, 17 yanvar — Sputnik. Türkiyənin Amasiya şəhərində sərnişin avtobusu qəzaya uğrayıb. Bu barədə Sputnik Azərbaycan"Anadolu" agentliyinə istinadən xəbər verir.

Bakırköy bələdiyyəsinə aid sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Hadisə yerinə polis, jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralanan şəxslər dərhal Amasiyada yerləşən xəstəxanalara yerləşdirilib.

Avtobusda olan şəxslərin Ordu şəhərində bir dəfn mərasiminə qatıldıqdan sonra İstanbula getdiyi bildirilir.