HADİSƏ

Rusiyada ağır yol qəzası olub, yaralılar var

Hadisə zamanı 7 nəfər xəsarət alıb
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Rusiyada ağır yol qəzası baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Voronej vilayətindəki yolda 3 minik avtomobili toqquşub. Toqquşma nəticəsində yanğın baş verib. Hadisə zamanı 7 nəfər xəsarət alıb.

Hadisəni polis nəzarətinə götürüb və araşdırma aparır.