Türk ordusu təhlükəli yükdən qurtulur

Aralarında əsgərlərə məsul "mülkü imam"lar da olmaqla, 33 şübhəli şəxs tutulub
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Türkiyədə FETÖ-nün (Fətullahçı Terror Təşkilatı) Türkiyə Silahlı Qüvvələri daxilinə sızan üzvlərinə qarşı əməliyyatlar davam edir. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Əməliyyat nəticəsində, aralarında əsgərlərə məsul "mülkü imam"lar da olmaqla, 33 şübhəli şəxs tutulub.

Xatırladaq ki, Türkiyədə FETÖ-yə qarşı yanvarın 14-15-i tarixlərində də irimiqyaslı əməliyyat keçirilib. Məlumata əsasən, Ankara Baş Prokurorluğu FETÖ araşdırması çərçivəsində Jandarma Baş Qərargahında olan 50 nəfər haqqında həbs qərarı çıxarıb.

Bundan əlavə, araşdırma nəticəsində "ByLock" proqramından istifadə edən 55 nəfər haqqında həbs qərarı verilib.