ELM

Tələbələrin diqqətini çəkəcək qərar verilib

Fəlsəfə doktoru elmi dərəcəsi almaq mümkün olacaq
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nda dəyişiklik edib. Sputnik Azərbaycan xəbər verir ki, qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə görə, bundan sonra Kənd Təsərrüfatı Nazirliyi üzrə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə Azərbaycan İlahiyyat İnstitutunda fəlsəfə doktoru elmi dərəcəsi almaq mümkün olacaq.