Rusiyada kimya zavodunda partlayış baş verib

Hazırda hadisə yerində xilasetmə qrupları çalışır
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Rusiyanın Leninqrad vilayətinin Kinqisepp şəhərində "Poliplast Şərq-Qərb" kimya zavodunda partlayış baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, partlayış zamanı istehsalat binalarından biri dağılıb.

Rusiyada kimya zavodunda partlayış baş verib

Hadisə bu gün günorta saatlarında baş verib. Partlayış zamanı 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Hazırda hadisə yerində xilasetmə qrupları çalışır. Partlayışın dəqiq səbəbləri araşdırılır.

Ətraf mühitin kimyəvi tullantılar atılması və zəhərlənmə halları qeydə alınmayıb.