BAKI, 16 yanvar — Sputnik. "Rusiya prezidenti Vladimir Putin kiməsə və ya nəyəsə neqativ fikrini elə bildirə bilər ki, adamın qanı donar". Sputnik Azərbaycan xəbər verir ki, bunu "Arqumenti i faktı" nəşrinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Pesko deyib.
Jurnalist Peskovdan "Putin söyüş söyürmü? Çünki, mədəniyyət üzrə Şuranın son iclasında ictimai mühitdə söyüşün icazəsi haqqında məsələni müzakirə edərkən prezident zarafatca qeyri-normativ leksikadan iclas zamanı istifadə etməyi təklif edib" deyə soruşub.
Və Peskovun cavabı belə olub: "Yalnız onu deyə bilərəm ki, istənilən normal kişi kimi o da bu və ya digər şəxsə və prosesə öz neqativ münasibətini bildirə bilər. Özü də elə edə bilər ki, insanın qan donar".