İQTİSADİYYAT

İlham Əliyev yeni zavodu işə salıb

Dövlət başçısı Sumqayıtda "SOCAR karbamid" zavodunun açılışında iştirak edib
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş "SOCAR karbamid" zavodu istifadəyə verilib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev zavodu işə salıb.

Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.