QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağ üçün mühüm görüş başladı

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edir
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Fransanın paytaxtı Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.

Azərbaycanlı icması Qarabağda film çəkənlərə etiraz edib

Sputnik Azərbaycan bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir. "Xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər naziri vəzifələrini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş başlayıb" - deyə məlumatda bildirilir.

Qeyd edək ki, danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutub. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edir.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.