CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı sığınacaq evsiz-eşiksizləri 2 gün soyuqdan qoruyacaq

18 yaşından yuxarı olan kimsəsizlər bu sığınacağa müraciət edəcəklər
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Yanvarın 17 və 18-i hava şəraitinin kəskinləşməsi ilə əlaqədar verilən proqnoza müvafiq olaraq Zabrat qəsəbəsində yerləşən sosial sığınacaq da yardım aksiyasına başlayıb.

Onlar daha soyuqdan donmayacaqlar – sığınacaq yaradılıb

Sığınacağın rəhbəri Anar İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında sosial sığınacağın kimsəsizlər və evsiz-eşiksiz küçədə yaşayanları qəbul edəcəyini bildirib: "İki gün ərzində həmin şəxslər üçün sığınacağımızda hər cür şərait yaradılıb. Onlara isti geyim və qida veriləcək, rahatlıqları üçün şərait yaradılacaq".

A.İbrahimovun sözlərinə görə, artıq sığınacaqda qalmaq üçün onlara müraciət edənlər də var.

Qeyd edək ki, hazırda 40 nəfər 18 yaşdan yuxarı olan kimsəsiz şəxslər üçün nəzərdə tutulan sığınacaqda qalır.